“AzPolitika.info”-nun 24 avqust tarixində dərc etdiyi ““NİŞANGAHA TUŞ GƏLƏN” ERMƏNİ OMBUDSMAN... - Tatoyanın həyasızlığı və azərbaycanlı həmkarının fəaliyyətsizliyi...” başlıqlı məqaləylə bağlı Ombudsman Aparatının Mətbuat xidmətindən elektron poçtumuza məktub daxil olub.
Məktubda Azərbaycan Ombudsman Aparatının fəaliyyətilə bağlı yazıda yer alan tənqidlərə etiraz edilir. Xatırladaq ki. həmin məqalədə Ermənistan ombudsmanı Arman Tatoyanın Azərbaycanla sərhəddə təxribat törətmək cəhdindən söz açılıb. Həmçinin, ümumilikdə erməni ombudsmanın həyasız şəkildə Azərbaycan əleyhinə yalan təbliğat aparmaqla yanaşı, azərbaycanlı həmkarı ilə müqayisədə daha fəal və Ermənistanın maraqları baxımından effektiv fəaliyyət göstərməsi, həm də ölkəsində ciddi siyasi fiqur kimi qəbul olunması qeyd olunurdu.
Ombudsman Aparatından bizə ünvanlanan məktubda isə deyilir ki, qurum öz işinin öhdəsindən layiqincə gəlir və beynəlxalq ictimaiyyətin Azərbaycan, Qarabağ həqiqətləri sarıdan məlumatlandırılmasında mühüm rol oynayır: “Azərbaycan Ombudsmanının fəaliyyətində ötən ilin iyul ayında baş vermiş Tovuz döyüşləri, daha sonra isə Vətən müharibəsi dövründən etibarən Ermənistan tərəfindən pozulmuş hüquqlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması prioritet istiqamət olaraq müəyyən edilmişdir. Müharibə dövründə və sonrakı mərhələdə bununla bağlı çoxsaylı faktaraşdırıcı missiyalar həyata keçirilmiş, habelə təhlil olunan məlumatlar əsasında müxtəlif məzmunlu hesabatlar, bəyanatlar və müraciətlər bir neçə dildə hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə ünvanlanmışdır. Bir sıra beynəlxalq təşkilatlara, xarici ölkələrin milli insan hüquqları təsisatlarına da ölkəmizdə yerində araşdırmalar aparılması üçün dəvətlər göndərilmiş, bu günədək iki birgə faktaraşdırma səfəri təşkil edilmiş, nəticələrlə bağlı hesabatlar hazırlanaraq insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış beynəlxalq və regional təşkilatlara göndərilmişdir.”

Məktubda deyilir ki, Ermənistan ombudsmanına da vaxtaşırı cavablar verilir: “Eləcə də məğlub ölkə Ermənistanın ombudsmanı tərəfindən müntəzəm olaraq yayımlanan qeyri-obyektiv, saxta və siyasi yönümlü məlumatlar lazımi hallarda tərəfimizdən cavablandırılır və ya əlaqədar təşkilatlara etirazlar ünvanlanır, bütün bu məlumatlar KİV-də, o cümlədən “AzPolitika.info” saytında da işıqlandırılır. Bütün bunların müqabilində hər hansı bir araşdırma aparmadan və məsələyə ədalətli yanaşmadan cəmiyyətimiz üçün həssas olan bir mövzuda qərəzli yazı yazılması bizdə təəssüf doğurur.”
Ombudsman Aparatı sonda öz fəaliyyətilə bağlı daha ətraflı məlumat almaq üçün Ombudsmanın rəsmi saytında bu mövzu ilə bağlı yaradılmış bölmənin, baş verən hadisələrlə bağlı mütəmadi şəkildə operativ reaksiya verilən “Facebook” və “Twitter” səhifələrini izləməyi tövsiyə edir. (https://ombudsman.az, https://www.facebook.com/ombudsman.az, https://twitter.com/az_ombudsman)
Obyektivlik naminə, Ombudsman Aparatının mövqeyini dərc etməklə yanaşı, onu da qeyd etməyi lazım bilirik ki, “görünən dağa bələdçi gərək deyil”... Ümumilikdə Ombudsman Aparatının fəaliyyətinə ən obyektiv qiyməti yenə də sıravi vətəndaşlarımızın və oxucularımızın verə biəcəyi düşüncəsindəyik...
“AzPolitika.info”
P.S. Ombudsman Aparatının Mətbuat xidməti “AzPolitika.info”ya göndərdiyi məktuba 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması istiqamətində fəaliyyətinə dair məlumatları da əlavə edib.
2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara və milli insan hüquqları təsisatlarına çatdırılması istiqamətində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti
Faktaraşdırıcı missiyalar və hesabatlar
1.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində törədilmiş dağıntılar və insan tələfatına dair 2020-ci il 4 oktyabr tarixli Hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3noNESb);
2.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini ağır artilleriya və raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair 2020-ci il 8 oktyabr tarixli Hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/2SFBRRg);
3.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair 2020-ci il 13 oktyabr tarixli Hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/2SNKHMy);
4.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar 2020-ci il 21 oktyabr tarixli növbəti Hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/37psNZh);
5.Azərbaycan Ombudsmanın dəvəti əsasında İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyətinin 2020-ci ilin 21-23 oktyabr tarixlərində ölkəmizə səfəri çərçivəsində Gəncədə həyata keçirilmiş birgə faktaraşdırıcı missiya zamanı toplanmış faktlar əsasında Türkiyə Respublikasının Ombudsman Qurumu tərəfindən Ermənistan-Azərbaycan müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən insan hüquqları pozuntuları barədə hazırlanmış Hesabat beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/2L03ILM);
6.Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində Gəncədə ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair geniş məzmunlu Aralıq Hesabat hazırlanaraq aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3kNJeSW);
7.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunu ballistik raketlərlə atəşə tutması nəticəsində mülki əhali arasında baş vermiş çoxsaylı tələfat, yaralanma və infrastrukturun dağıdılması faktlarına dair 2020-ci il 12 noyabr tarixli Hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/2Ui0Zhs);
8.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə raket hücumları nəticəsində baş vermiş uşaq tələfatı barədə 2020-ci il 20 noyabr tarixli Aralıq Hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3dgczni).
9.Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı 2021-ci il 25 yanvar tarixli Aralıq Hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/2U1kRbX);
10.Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair 2021-ci il 4 may tarixli Hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3jjY85xhttps://bit.ly/2UyjJN9);
11.Ombudsmanın Azərbaycan ərazisində saxlanılmış erməni diversantlara qarşı rəftarın və onların saxlanma şəraitinin araşdırılması məqsədilə həyata keçirdiyi başçəkmələrlə bağlı ad hoc hesabatlar hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara ünvanlanıb (https://bit.ly/3rMV7wZ);
12.Azərbaycanın işğaldan azad olunmuş ərazilərində basdırılmış minaların yaratdığı təhlükə ilə bağlı, o cümlədən işarə edilməmiş minaların səbəb olduğu insan tələfatı və məcburi köçkünlərin həmin ərazilərə qayıdışı üçün yaratdığı maneələr barədə məlumat verilmiş ad hoc hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3ya806r);
13.Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan hərbi qulluqçularına qarşı işgəncə, qeyri-insani və alçaldıcı rəftar faktları ilə bağlı hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3xa53l0);
14.Ombudsmanın 4 may 2021-ci il tarixində yayımlanmış “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ının ikinci hissəsi hazırlanıb və müvafiq beynəlxalq təşkilatlara ünvanlanıb (https://bit.ly/3ydfVishttps://bit.ly/2Uzk1E3).
Bəyanatlar
1.Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulmasına və tələfatla nəticələnən təxribat cəhdlərinə dair 2020-ci il 27 sentyabr tarixli etiraz Bəyanatı hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/336T9g6);
2.Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin gün ərzində dəfələrlə pozulması nəticəsində mülki əhalinin, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi barədə 2020-ci il 27 sentyabr tarixli növbəti etiraz Bəyanatı hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3jbvpNs);
3.Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması və davam edən insan tələfatı ilə bağlı 2020-ci il 28 sentyabr tarixli növbəti etiraz Bəyanatı hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (http://bit.ly/3aUbgtK);
4.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini atəşə tutması nəticəsində baş vermiş insan tələfatı və törədilmiş dağıntılarla bağlı 2020-ci il 4 oktyabr tarixli növbəti etiraz Bəyanatı hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3jvWEm1);
5.Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ən böyük su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin raket atəşinə tutulması, bununla da Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadlar törətmə təhlükəsi ilə bağlı 2020-ci il 5 oktyabr tarixli Bəyanat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3ixPzQr);
6.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına dair 2020-ci il 11 oktyabr tarixli növbəti etiraz Bəyanatı hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3iO1kCs);
7.Ermənistanın 2020-ci il 17 oktyabr tarixində Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı növbəti Bəyanat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/2T5C1BC);
8.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin İƏT Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı ilə birgə həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələrinə dair 2020-ci il 23 oktyabr tarixli Bəyanat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3krrf4H);
9. Metsamor Atom Elektrik Stansiyasının bütün bölgə üçün potensial təhlükəsi barədə 2021-ci il 27 yanvar tarixli Bəyanat hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3dg3sCY);
10. Ombudsmanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı 2021-ci il 12 mart tarixli Bəyanatı hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3A1I7aj);
11. BMT-nin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” qətnaməsinin icrasına dəstəklə bağlı Ombudsmanın 2021-ci il 09 may tarixli Bəyanatı hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/3qwVtXU);
12. Ermənistan tərəfinin Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atmasına etiraz olaraq Ombudsmanın 2021-ci il 27 may tarixli Bəyanatı hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/2U83Xs1);
13. Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı Ombudsmanın 2021-ci il 4 iyun tarixli Bəyanatı hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/2TczAAP);
14. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritələrinin verilməsi barədə Ombudsmanın 2021-ci il 14 iyun tarixli Bəyanatı hazırlanaraq, aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/2UBURnH).
Müraciətlər
1.Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kasetli bombalarla atəşə tutulması, bununla da region dövlətləri və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə yönəlik qəsd əməlləri ilə bağlı 2020-ci il 7 oktyabr tarixli Müraciət aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib (https://bit.ly/36Gkhoc);
2.“Amnesty International” təşkilatının öz rəsmi internet səhifəsində qərəzli, birtərəfli faktlara söykənən və Azərbaycana qarşı bilavasitə diskriminativ xarakterli və ikili standartlara əsaslanan bəyanatına cavab olaraq həmin təşkilata 2020-ci il 8 oktyabr tarixli açıq məktub ünvanlanıb (https://bit.ly/2I9NGwZ);
3.Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı 2020-ci il 12 oktyabr tarixində beynəlxalq təşkilatlara və dünya dövlətlərinə çağırış xarakterli video-müraciət ünvanlanıb (https://bit.ly/2KHIi5O; https://bit.ly/3mU5yKL);
4.Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə, o cümlədən uşaqlara qarşı hərbi təcavüzü ilə bağlı BMT-nin Uşaq Fondunun (UNICEF-in) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xana 2020-ci il 14 oktyabr tarixli Müraciət ünvanlanıb (https://bit.ly/2SUIyPg);
5.Tərtər şəhər qəbiristanlığının Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması ilə bağlı 2020-ci il 17 oktyabr tarixli Müraciət aidiyyəti beynəlxalq və regional təşkilatlara, müxtəlif dini konfessiyalara göndərilib (https://bit.ly/3k91G8r);
6.UNICEF-in Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı verdiyi 2020-ci il 28 oktyabr tarixli bəyanatında ikili standartlara yol verilərək qətlə yetirilmiş və yaralanmış uşaqlarla əlaqədar həqiqətlərin gizlədilməsi ilə bağlı həmin təşkilata etiraz müraciəti göndərilib (https://bit.ly/2HKkBbx);
7.Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması ilə insan hüquqlarının kobud şəkildə pozulması faktlarının, insan tələfatı və dağıntıların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə 2020-ci il 28 oktyabr tarixində dünya ictimaiyyətinə video-müraciət ünvanlanıb (https://fb.watch/28uzSSoJHf/);
8.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində qədim tarixə malik dini-mədəniyyət abidələrinin dağıntılara məruz qalması ilə əlaqədar 2020-ci il 31 oktyabr tarixində dünya ictimaiyyətinə video-müraciət ünvanlanıb (https://bit.ly/35RB31L);
9.Ermənistan silahlı qüvvələri tərəfindən uşaq hüquqlarının kobud şəkildə pozulması faktları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara əsaslandırılmış, şikayət xarakterli müraciət ünvanlanıb (https://bit.ly/3jTQ206);
10.İşğal altında olan Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoloji terror və Şuşa meşələrinin qəsdən yandırılaraq məhv edilməsi ilə bağlı Müraciət aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib ( http://bit.ly/2I6QU4f);
11.Ermənistan silahlı qüvvələrinin əsir düşmüş Azərbaycan hərbçilərinə, yaralılara və həlak olmuş hərbçilərə münasibətdə beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozması faktları ilə bağlı beynəlxalq təşkilatlara şikayət xarakterli müraciət ünvanlanıb (https://bit.ly/3nbBXx0). Eyni zamanda, Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçiləri ilə bağlı məsələ daim diqqət mərkəzində saxlanılıb, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə davamlı danışıqlar aparılıb;
12.Üçtərəfli bəyanatın imzalanması ilə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmiş Zəfərlə bağlı Ombudsmanın 2020-ci il 11 noyabr tarixli təbrik müraciəti yayımlanıb.
(https://www.youtube.com/watch?v=f_NjGhiENeY&t=8s);
13.Azərbaycanın uzun illərdən bəri işğal altında olan ərazilərinin azad olunması və bir milyona yaxın məcburi köçkünün hüquqlarının bərpa edilməsi ilə bağlı 2020-ci il 19 noyabr tarixli video-müraciət edilib (https://bit.ly/3fkjH1N);
14.30 noyabr-Kimyəvi Müharibə Qurbanlarının Anım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə ünvanlanan müraciətdə 44 günlük müharibə zamanı Ermənistan tərəfindən qadağan olunmuş silahlar, o cümlədən ağ fosfor tərkibli kimyəvi silahlardan istifadə edilməsi diqqətə çatdırılıb (https://bit.ly/36jBrHC);
15.Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə aidiyyəti beynəlxalq təşkilatlara əsaslandırılmış, şikayət xarakterli müraciət ünvanlanıb (https://bit.ly/33tp5e7);
16.4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar 2021-ci il 04 aprel tarixində dünya ictimaiyyətinə video-müraciət ünvanlanıb (https://bit.ly/3jh8Nhj);
17.Ermənistan Ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına 2021-ci il 05 iyun tarixli müraciət edilib (https://bit.ly/2T7RjJu);
18.Kəlbəcər rayonunda qar əriməsindən sonra üzə çıxmış minalanmış ərazi, ümumilikdə minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına 2021-ci il 12 iyun tarixli şikayət xarakterli məktubla müraciət ünvanlanıb (https://bit.ly/2T9vb1w);
19.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən Ermənistan ombudsmanının BMT-nin İnsan Hüquqları Şurasınının 47-ci sessiyasında səsləndirdiyi həqiqəti əks etdirməyən, qərəzli bəyanatı ilə bağlı BMT-nin Milli İnsan Hüquqları İnstitutları ilə iş üzrə xüsusi bölməsinə etiraz məktubu ünvanlanıb (https://bit.ly/2VaG0Bc)
Mətbuat açıqlamaları
1.Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qoyduğu, mülki əhalinin sıx yaşadığı Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində 2020-ci il 28 sentyabr tarixində faktaraşdırıcı missiya həyata keçirilib (http://bit.ly/3o4hsDm);
2.2020-ci il 6 oktyabr tarixində Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə tutduğu Gəncə şəhərinə faktaraşdırıcı missiya həyata keçirilib (https://bit.ly/2Gmj6zO);
3.Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalması ilə əlaqədar 2020-ci il 11 oktyabr tarixində növbəti faktaraşdırıcı missiya həyata keçirilib (https://bit.ly/3nXCDqJ);
4.İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının 2020-ci il 14 oktyabr tarixli toplantısında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri haqqında geniş məlumat verilib. Üzv ölkələrin ombudsmanları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrinə hücumlarının ağır nəticələri ilə yerində tanış olmaq üçün ölkəmizə dəvət edilib və Assosiasiyanın prezidenti Şərəf Malkoç tərəfindən bu təklifə müsbət cavab verilib. (https://bit.ly/2GYLTKL);
5.2020-ci il 16 oktyabr tarixində Ombudsman Aparatında Pakistanın Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə təşkil olunmuş görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə geniş məlumat verilib (https://bit.ly/2GWfmW1);
6.Ermənistan silahlı qüvvələrinin 2020-ci il 17 oktyabr tarixində Gəncə şəhərində törətdiyi növbəti terror aktı nəticəsində baş vermiş insan tələfatı ilə əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların və dəymiş zərərin beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə həmin tarixdə Gəncə şəhərinə növbəti faktaraşdırıcı missiya həyata keçirilib (https://bit.ly/2HhSwYI);
7.2020-ci il 18 oktyabr tarixində Milli Preventiv Mexanizm funksiyalarının icrası çərçivəsində erməni hərbi əsirlərə baş çəkilib, fərdi qaydada qəbul olunaraq onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilib, hüquqları izah olunub. Hərbi əsirlər Mili Preventiv Qrupun həkim üzvünün iştirakı ilə müayinə edilib. Görülmüş tədbirlər barədə yerli mətbuat və dünya ictimaiyyəti məlumatlandırılıb (https://bit.ly/37jxDr2);
8.Ermənistanın Gəncə şəhərinə raket hücumları nəticəsində valideynlərini itirmiş uşaqlarla görüşlər keçirilib, onlara psixoloji yardımın göstərilməsi təmin olunub (https://bit.ly/3o9Qz1m);
9.2020-ci il 19 oktyabr tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovla videokonfrans formatında keçirilmiş görüş zamanı Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhə xətti boyunca, həm də cəbhə xəttindən uzaqda yerləşən rayonlarında yaşayan mülki şəxsləri və obyektləri ağır artilleriya atəşinə məruz qoyması, nəticədə baş vermiş çoxsaylı insan tələfatı və dağıntılar barədə ətraflı məlumat verilib (https://bit.ly/3m2qzmB);
10.Azərbaycan Ombudsanının dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. Eyni zamanda, səfər çərçivəsində Şərəf Malkoçun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, Baş prokuror və ədliyyə naziri ilə görüşləri də təşkil olunub. Görüşlərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, müharibə cinayətləri barədə də geniş fikir mübadiləsi aparılıb;
11.2020-ci il 22 oktyabr tarixində İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçla birgə Gəncə şəhərində Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməklə törətdiyi növbəti terror aktı nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu əməllərin beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi məqsədi ilə növbəti faktaraşdırıcı missiya həyata keçirilib. Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçla birgə erməni terroru nəticəsində hər iki valideynini itirmiş uşaqlarla, o cümlədən, baş vermiş insan tələfatı və dağıntılardan zərərçəkmiş Gəncə sakinləri ilə görüşlər keçirilib (https://bit.ly/2Hw0ygo);
12.2020-ci il 28 oktyabr tarixində Ombudsman Aparatında İsrailin Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli Səfiri Corc Dik ilə keçirilmiş görüş zamanı Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquq pozuntuları barədə geniş məlumat verilib (https://bit.ly/3mt4IVE);
13.Ermənistanın Bərdə şəhərində törətdiyi növbəti müharibə cinayətinin nəticələri ilə bağlı faktaraşdırıcı missiya həyata keçirilib (https://bit.ly/3oD25mc);
14.İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun Ermənistan terrorunun qurbanına çevrilən Gəncə şəhərinə təşkil olunmuş birgə faktaraşdırıcı missiya çərçivəsində hazırlanmış hesabata dair müsahibəsi Türkiyənin Milliyyət qəzetində dərc olunub (https://bit.ly/3nRETzH);
15.2020-ci il 4 noyabr tarixində keçirilmiş Türkdilli ölkələrin ombudsmanlarının onlayn görüşü zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, müharibə cinayətləri barədə geniş məlumat verilib (https://bit.ly/34VOrCy);
16.2020-ci il 5 noyabr tarixində Uşaq Hüquqları Ombudsmanlarının Avropa Şəbəkəsinin sədri ilə keçirilmiş videokonfrans zamanı Ermənistan silahlı qüvvələrinin məqsədli şəkildə Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini ağır artilleriya və raketlərdən atəşə tutması nəticəsində uşaqların həlak olması, yaralanması, hər iki valideynini itirməsi, eləcə də mülki obyektlərin və infrastrukturun məhv edilməsi barədə geniş məlumat verilib (https://bit.ly/3eqQJgk);
17.Ermənistanın Azərbaycana qarşı təcavüzü, beynəlxalq hüququn normalarını və humanitar qaydalarını kobud şəkildə pozması faktları barədə 2020-ci il 5 noyabr tarixində “Xalq” qəzetində geniş məzmunlu məqalə dərc olunub (https://bit.ly/3mU0p5G);
18.2020-ci il 17 noyabr tarixində Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili İnstitutu tərəfindən təşkil olunmuş “Avrasiya mühitində insan hüquqlarının müdafiəsi problemləri: Ombudsmanların təcrübə mübadiləsi” mövzusunda IV beynəlxalq elmi-praktiki konfransda Ermənistanın müharibə cinayətləri barədə konfrans iştirakçılarına məlumat verilib (https://bit.ly/2UD26IT);
19.Azərbaycan ərazilərinə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində mülki əhaliyə qarşı törədilmiş kobud insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmış Türkiyənin “TRT World” telekanalının əməkdaşları Nihat Yayman və Hasan Abdullah 2020-ci il 18 noyabr tarixində Ombudsman Aparatında qəbul edilib, onlara qərəzsiz, obyektiv fəaliyyətlərinə görə təşəkkür elan olunub (https://bit.ly/3fehg0D);
20.Ümumdünya Uşaqlar Günü ilə bağlı təcavüzkar Ermənistanın amansızlıqla qətlə yetirdiyi azərbaycanlı uşaqların əziz ruhuna ehtiramla videoçarx hazırlanıb və yayımlanıb (https://bit.ly/3kOc2Kb);
21.2020-ci il 22 noyabr tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə keçirilmiş onlayn görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə münasibətdə pis rəftar və işgəncə faktları, real çəkiliş əsasında sosial mediada yayılan məlumatlar diqqətə çatdırılıb. Görüşdə əsir düşmüş iki hərbi qulluqçumuzun ailə üzvlərinin də iştirakı təmin edilib (https://bit.ly/3nRiF0u);
22.Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçlə 2020-ci il 27 noyabr tarixində videokonfrans formatında keçirilmiş görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə edilən hücumlar barəsində məlumat verilib;
23.2020-ci il 10 dekabr tarixində Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun təşkil etdiyi “Müharibə zamanı insan hüquqlarının pozulmasının qarşısının alınması və müharibə cinayətlərinə dair faktların toplanmasında insan hüquqları təsisatlarının rolu” mövzusunda videokonfransda Ermənistanın müharibə cinayətləri barədə geniş məruzə edilib (https://bit.ly/3a0WiSh);
24.2020-ci 11 dekabr tarixində Özbəkistan Respublikasının Ombudsman İnstitutunun 25 illiyi və Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə BMT-nin dəstəyi ilə təşkil olunan “Ombudsman fəaliyyətinin rəqəmsallaşdırılması: İnsan hüquqları və azadlıqlarının təmin edilməsi və qorunması üçün yeni mexanizmlər” adlı onlayn konfransda müharibə dövründə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə həyata keçirilən fəaliyyət barədə məlumat verilib (https://bit.ly/3a3pE2p);
25.2020-ci il 14 dekabr tarixində “COVID-19 və hərbi vəziyyət dövründə insan hüquqlarının müdafiəsi və təbliği” mövzusunda təşkil edilmiş geniş tərkibli onlayn konfransda pandemiya və hərbi vəziyyətin qüvvədə olduğu müddətdə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyət barədə fikir mübadiləsi aparılıb (https://bit.ly/2K1qvpT);
26.2020-ci il 15 dekabr tarixində Ombudsman Aparatında Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Rodriqo Labardini ilə keçirilən görüşdə Ermənistan tərəfindən həyata keçirilən işğal, etnik təmizləmə, ekoloji terror siyasəti, xüsusən 44 günlük müharibə zamanı mülki əhaliyə qarşı yönəlmiş hücumlar barədə ətraflı məlumat verilib (http://bit.ly/2WgwqtB);
27.Ölkəmizə qaytarılmış hərbi əsir və girovlarla 2020-ci il 15 dekabr tarixində görüş keçirilib, sağlamlıq vəziyyətləri və onlara göstərilən tibbi xidmətin səviyyəsi öyrənilib (http://bit.ly/3muPBuE);
28.Vətən müharibəsində iştirak etmiş qazilər və şəhidlərin ailələri ilə Ombudsman Aparatında keçirilən görüşlər zamanı onların müraciətləri dinlənilib, qayğıları öyrənilib (http://bit.ly/3gZrz9S, http://bit.ly/3rwt44d);
29.Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan yaralanmış hərbi qulluqçularımızla görüş keçirilib, onların səhhəti və tibbi xidmətin təşkili vəziyyəti öyrənilib (http://bit.ly/3nKtvWq);
30.Ombudsman Aparatı tərəfindən hərbçilərin ailələrinə, habelə işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara ünvanlanan sosial dəstək layihəsi həyata keçirilib (http://bit.ly/2MjFWKN);
31.Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə erməni terrorçu-diversant qrupun yerləşdirilməsinin təxribat xarakteri daşıması barədə ölkə və dünya ictimaiyyətinin daha dolğun məlumatlandırılmasına yönəlmiş 2021-ci il 14 yanvar tarixli açıqlama yayımlanıb (https://bit.ly/2TfoFWV);
32.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Ombudsman Aparatının bir qrup əməkdaşı yeni ailə həyatı qurmuş Vətən müharibəsi qazisi ilə görüş keçiriblər (https://bit.ly/35TWfVe);
33.Azərbaycan Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində əvvəlcədən xəbərdarlıq edilmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həyata keçirilmiş növbəti başçəkmə zamanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazisində müəyyən edilərək saxlanılan, Ermənistandan olan təqsirləndirilən şəxslərlə də konfidensial qaydada görüş keçirilib (https://bit.ly/3qsa2vK);
34.Vətən müharibəsində iştirak etmiş qaziləri ilə Ombudsman Aparatında keçirilmiş növbəti görüş zamanı onların müraciətləri dinlənilib, qayğıları öyrənilib və müraciətlərində qeyd etdikləri məsələlərin həlli istiqamətində zəruri addımlar atılıb (https://bit.ly/3gWba7D );
35.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Ombudsman Aparatının bir qrup əməkdaşı Vətən müharibəsində şücaət göstərərək öz canlarını qurban vermiş şəhidlər – polkovnik-leytenant Rəşad Quliyev, polkovnik-leytenant Qərib Baxşəliyev və polkovnik-leytenant Sədi Musayevin ailələrinə baş çəkiblər (https://bit.ly/3w7jRAA);
36.Ombudsman Aparatında qazilərlə keçirilən növbəti görüşdə Vətən müharibəsində iştirak etmiş yəhudi icmasından olan qazilər qəbul edilib, görüşdə Azərbaycanda bərabərlik və tolerantlıq mühitinin mövcud olduğu diqqətə çatdırılaraq, ərazi bütövlüyümüzün təmin olunması uğrunda dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin dəstək göstərdiyi vurğulanıb (https://bit.ly/2U1lqT7);
37.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili cənub regionuna səfəri çərçivəsində şəhid ailələrini və Vətən müharibəsi qazilərinin ailələrini ziyarət edib (https://bit.ly/3gYc3wn);
38.Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş və ya yaralanmış hərbi qulluqçularla bağlı onların ailə üzvlərinin, habelə müharibə veteranlarının müraciətlərinə və qaldırdıqları məsələlərə dərhal reaksiya verilməsi məqsədilə Ombudsman Aparatında Şəhid ailələri və müharibə veteranları ilə iş sektoru yaradılıb (https://bit.ly/3x10ydr);
39.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü əsasında Ombudsman Aparatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba Gənclər Mərkəzində “Briut” Tibb Mərkəzinin psixoloq və psixiatrlarının iştirakı ilə Vətən müharibəsi nəticəsində doğmalarını itirmiş şəhid ailələrinin üzvlərinə, həmçinin qazilərimizə psixoloji yardım göstərilib (https://bit.ly/3gXnwwe);
40.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Avropa Ombudsman İnstitutunun Baş katibinin bəyanatına cavab olaraq həmin qurumun prezidenti və idarə heyəti üzvlərinə 2021-ci il 2 mart tarixli açıq məktub ünvanlayıb (https://bit.ly/3jyoDV9);
41.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili 44 günlük Vətən Müharibəsi və erməni terroru nəticəsində fiziki və mənəvi zərər çəkmiş hərbi qulluqçularımız və onların ailələrinə psixoloji yardım göstərilməsi məqsədi ilə Türkiyə Respublikasından ölkəmizə dəvət olunmuş bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt mütəxəssislə görüş keçirib (https://bit.ly/3AfYZdE);
42.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili “Human Rights Watch” təşkilatının 2021-ci il 19 mart tarixli hesabatında Azərbaycanda saxlanılan Ermənistan əsirlərinə qarşı guya pis rəftara yol verilməsinə dair iddialarını şərh edib (https://bit.ly/3xYbAzX);
43.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin Azərbaycan hökumətinə ünvanlanmış və Hərbi Qənimətlər Parkının açılması ilə bağlı narahatlıq ifadə edən müraciətinə cavab olaraq, Azərbaycana münasibətdə pozulmuş insan hüquqları ilə bağlı münasibət bildirilməsi, xüsusilə minalanmış ərazilərin xəritələrini təqdim etməsi və insan hüquqlarının pozulması hallarının dayandırılması üçün Ermənistana çağırış edilməsi ilə bağlıməktub ünvanlayıb (https://bit.ly/3qv06l2);
44.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili minalanmış ərazilərin xəritəsinin verilməsində əməkdaşlıq etməsi üçün Ermənistan tərəfinə çağırış olunması xahişi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçeletə məktubla müraciət edib (https://bit.ly/3x13feN);
45.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirdiyi başçəkmə zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, mülki şəxslərə və hərbi qulluqçularımızın həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvlərinə növbəti dəfə baş çəkib (https://bit.ly/3A7tRNa);
46.Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları, Cəlilabad və Biləsuvar rayonlarının gənclər və idman idarələri, YAŞAT Fondu və ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidi İlqar Zeynalovunxatirəsinə ehtiram nümayiş etdirmək və ailəsinə dəstək göstərmək məqsədilə şəhidin övladının doğulduğu Biləsuvar rayon Mərkəzi Xəstəxanasına baş çəkərək şəhidimizin üçüncü övladının dünyaya gəlməsi münasibətilə təşkil edilmiş tədbirdə iştirak edərək, ailə üzvlərini Ombudsmanın adından təbrik ediblər (https://bit.ly/3A0IOkl);
47.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüş keçirib və Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların xəritələrinin verilməməsinin Azərbaycan üçün hələ də ciddi problem olaraq qalması məsələsini diqqətə çatdırıb (https://bit.ly/2T5Vupu);
48.1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ombudsmanın dünya ictimaiyyətinə videomüraciətində İkinci Qarabağ müharibəsində Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq mülki yaşayış məntəqələrini hədəfə almasının uşaqların həlak olması və yaralanması ilə nəticələndiyi, onların gələcəyinin məhv olmasına səbəb olduğu barədə də məlumat verilib (https://bit.ly/3DgVipE);
49.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə cinayət törətməkdə, humanitar hüquqla müdafiə olunan digər şəxsləri girov saxlamaqda, onlara işgəncə verməkdə təqsirli bilinən silahlı qrup üzvlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında iştirak edib (https://bit.ly/3A46Dri);
50.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi əsasında, kardioloq, endokrinoloq, nevropatoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislərin iştirakı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün pulsuz tibbi yardım aksiyası təşkil olunub (https://bit.ly/3A81a2A);
51.Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi jurnalist olmaqla üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən ən son mina partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyanın mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərində 17 yük maşını minanın basdırıldığının etiraf edilməsi ilə Ermənistanın müharibə cinayətlərinin törətməsinin bir daha sübut edildiyinə dair açıqlama yayımlanıb və beynəlxalq təşkilatlara göndərilib(https://bit.ly/3ydZX8v);
52.Ermənistan rəhbərliyinin uzun illər azərbaycanlılara qarşı apardığı nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı Azərbaycan Ombudsman Aparatı tərəfindən videoçarx hazırlanıb və yayımlanıb (https://bit.ly/3jlSIam);
53.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi əsasında, kardioloq, endokrinoloq, nevropatoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislərin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün növbəti pulsuz tibbi yardım aksiyası Ağstafa Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub (https://bit.ly/3hgbtck);
54.Azərbaycan Ombudsmanı tərəfindən ölkəmizə dəvət olunmuş Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti 28 iyun-2 iyul 2021-ci il tarixlərində Azərbaycanda səfərdə olub. İşğaldan azad olunmuş və Ermənistanın hücumlarına məruz qalmış bölgələrimizdə yerində araşdırmalara başlamazdan öncə qonaqlarla Ombudsman Aparatında görüş keçirilib və onlara ümumi məlumatlar verilib, daha sonra müxtəlif dövlət qurumlarında görüşlər təşkil olunub;
55.Azərbaycan Ombudsmanı və TİHEK nümayəndə heyəti, o cümlədən həmin qurum nəzdində yaradılmış Qarabağ Müşahidə Qurumunda təmsil olunan Türkiyə universitetlərinin beynəlxalq humanitar hüquq üzrə ixtisaslaşmış tədqiqatçıları Ağdam rayonuna səfər ediblər. Faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti Ağdamda dağıntılara məruz qalmış binalara, dini-tarixi obyektlərə baxış keçirib. Səfər zamanı Ağdam Cümə məscidi və Qiyaslı məscidi ziyarət olunub, həmçinin minalanmış sahəyə baxış keçirilib (https://bit.ly/366drXL );
56.TİHEK nümayəndə heyətinin faktaraşdırıcı missiyası Vətən müharibəsi dövründə ən çox hücuma məruz qalan Tərtər rayonunda davam etdirilib. Tərtərdə “Smerç” tipli raket atılmış pambıq zavoduna, dəfn mərasimi zamanı atəşə tutulması nəticəsində tələfatın baş verdiyi qəbiristanlığa, habelə ziyan dəymiş mülki yaşayış məntəqələrinə və raket qalıqlarının olduğu əraziyə baxış keçirilib (https://bit.ly/3hl45g3);
57.Ermənistan silahlı qüvvələri tərəfindən 2017-ci ildə qətlə yetirilmiş körpə Zəhranın həlak olmasının dördüncü ildönümü ilə bağlı dünya ictimiyyətinə edilmiş müraciətdə cəzasızlıq mühitindən yararlanan Ermənistan tərəfindən Vətən müharibəsi dövründə Azərbaycanın mülki əhalisinin hədəfə alınması nəticəsində ölən və yaralananlar arasında da uşaq qurbanların olduğu diqqətə çatdırılıb (https://bit.ly/3i1Nz6a);
58.Ombudsmanın Türkiyədən olan nümayəndə heyəti ilə birgə Ağdam və Tərtər rayonlarında həyata keçirilmiş faktaraşdırıcı missiya və yekun nəticələrlə bağlı hazırlanmaqda olan hesabatla bağlı “Trend” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi yayımlanıb (https://bit.ly/2Wn3Bz9);
59. “Qaliblər düşərgəsində” Vətən müharibəsi şəhidlərinin övladları ilə Ombudsmanın görüşü təşkil olunub. Düşərgədə iştirak edən uşaqlara BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası, digər maarifləndirici vəsaitlər və hədiyyələr təqdim edilib (https://bit.ly/36YXnr8);
60. Ombudsmanın Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən və insanların həyatını itirməsinə yol açan gərginliklə bağlı çağırışı yayımlanıb (https://bit.ly/3jeu0H5).


Şərhlər