Menu

Kabil hava limanı yaxınlığında atışma - 4 hərbçi həlak olub, yaralananlar var

25.08.2021, 08:47
Kabil hava limanı yaxınlığında atışma - 4 hərbçi həlak olub, yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildəki Həmid Karzai adına beynəlxalq hava limanı yaxınlığında baş verən atışma zamanı ölkənin dörd hərbi qulluqçusu həlak olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə gecə saatlarında olub.

Məlumata görə, hadisəyə Əfqanıstanın hərbi qüvvələrinin əsgərlırindən birinin havaya atəş açması səbəb olub. Bundan sonra əcnəbi hərbçilər cavab atəşi açıblar. Atışma nəticəsində dörd hərbi qulluqçu həlak olub, daha üç nəfər yaralanıb.

Məlumata görə, əfqan hərbi qulluqçularından biri aeroport yaxınlığın avtomobildə dostunun meyitini aşkarlayıb, o, bundan sonra havaya nizamsız atəş açıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol