Menu

Həmin əsgər psixiatriya bölməsini özbaşına tərk edib - Müdafiə Nazirliyindən açıqlama

26.08.2021, 11:59
Həmin əsgər psixiatriya bölməsini özbaşına tərk edib - Müdafiə Nazirliyindən açıqlama

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol