Menu

Müdafiə naziri Şəmkir Hərbi Birləşməsinə gedib

06.11.2013, 13:44
Müdafiə naziri Şəmkir Hərbi Birləşməsinə gedib

Azərbaycanın yeni müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Gəncə şəhərinə səfər edib. APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və baş qərargah rəisi Nəcməddin Sadıqov Şəmkir Hərbi Birləşməsində şəxsi heyətlə görüşüblər.

Z. Həsənov və N. Sadıqov Gəncədə yerləşən bir neçə hərbi hissəyə baş çəkərək vəziyyətlə yerində tanış olublar.

Şəmkir Hərbi Birləşməsində yeni təyinatların ediləcəyi gözlənilir.

Musavat.com-dan: Qeyd edək ki, Azərbaycanda son əsgər ölümləri və əsgərlərə işgəncə verilməsi ilə bağlı daha çox Şəmkir Hərbi Birləşməsinin adı çəkilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol