Menu

Rusiya koronavirusdan ölüm rekordunu yenilədi

26.08.2021, 22:54
Rusiya koronavirusdan ölüm rekordunu yenilədi

Rusiyada koronavirusdan sutka ərzində rekord sayda 820 ölüm qeydə alınıb. TASS xəbər verir ki, bundan əvvəlki antirekord 14 avqustda olub. O zaman virusdan 819 nəfər ölmüşdü.

Şərti olaraq ölüm nisbətinin 2,63 faiz artdığı bildirilir. Ölkədə koronavirusdan bu zamana qədər 179 243 nəfər ölüb.

Qeyd edək ki, Rusiya 6 824 540 yoluxma ilə dövlətlər arasında dördüncüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol