Menu

Narkotik satışı ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb

27.08.2021, 11:33
Narkotik satışı ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Dadaşov, əvvəllər məhkum olunan E.Əlizadə və T.Məmmədov saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin şəxslərə narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, Cəlilabad rayonunun Göytəpə şəhər sakini E.Hətəmov müəyyən edilərək saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdən 40 qramdan artıq heroin və əlavə olaraq hazır bükümlərdə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Şərhlər

Salman 2021-08-27 12:34:53

Bəs nyə bu isatıçılara krışalıq edən orqan işçilərindən həbs olunanı yoxdur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol