Menu

Putin Paşinyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

28.08.2021, 09:00
Putin Paşinyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Məlumata görə, iki ölkənin liderləri Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.

Qeyd edilir ki, Rusiya rəhbəri ilə Ermənistanın hökumət başçısı Qarabağ məsələsinin nizamlanması ilə bağlı 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda qeyd olunan razılaşmaların həyata keçirilməsini və Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyəti müzakirə ediblər.

Şərhlər

t.ədalət 2021-08-28 09:20:23

Ayə,bu Putinyanın başqa işi-gücü yoxdur,nə vaxt saytı açırsan elə erməniləri.n,hətta kanalizasiyası ilə də maraqlanır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol