Menu

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

30.08.2021, 11:36
Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstan həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin iyul ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 3 nəfər azalıb. Onların 16-sı ittiham olunan, 3-ü yeniyetmə olmaqla 83-ü məhkumdur.

Gürcüstanda probasiya nəzarətində 25-i kişi, 2-si isə qadın olmaqla 27 Azərbaycan vətəndaşı saxlanılır. Aylıq müqayisədə onların sayı 3 nəfər artıb.

Qonşu ölkədə həbsdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 534 nəfərdir. Probasiya nəzarətində isə 233 nəfər xarici ölkə vətəndaşı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol