Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev ötən iclasdakı ifadəsini davam etdirib.
O bildirib ki, haqqındakı ittihamlar əsassızdır: "İttihamda heç bir sübut yoxdur. Mən heç kimdən pul almamışam. İttihamda qeyd olunan Tamella xanımı ümumiyyətlə tanımıram. Məntiqlə düşünsək, bir biznesmen 2012-ci ildən 2018-ci ilədək sənəd dalınca sürünürsə, o, necə qazanc əldə edə bilər?!
Yenə deyirəm, sözügedən tikintiyə icazə ilə bağlı mənim qarşıma sənədlər hazır vəziyyətdə, sənədin arxasında lazımı rəylər verilmiş şəkildə gəlib. Mən də imzalamışam. Onun mahiyyətini araşdırmaq vaxtım olmayıb. Sənədlər mənə o vaxtki Memarlıq və Şəhərsalma Baş İdarəsinin baş memarı Akif Abdullayev tərəfindən təqdim olunub. Hansı ki, bu insan qəbuluna gələn vətəndaşlar haqqında deyirdi ki, "qarpızı verdim, yola saldım".
BŞİH-in başçısının sərəncamı ilə mənə müavinin səlahiyyətləri həvalə olundu. Çünki bu ekstremal vəziyyət idi. Müavin Rauf Pənahov rəhmətə getmişdi. Mən də başçının sərəncamını icra etmək məcburiyyətində idim. Həmin müddətdə mən yalnız vəfat edən müavinin elektron poçtuna gələn məktubları aidiyyatı üzrə yönləndirmişəm. Gün ərzində bəzən 5 qovluq sənədə baxmışam. Fiziki olaraq onların hamısını yoxlamaq mümkün deyildi. Fikir verin, mənim müavin səlahiyyətini icra etmək üçün nə ərizəm olub, nə əmək müqaviləm, nə də müavinin vəzifə maaşını almamışam.
Sözügedən ərazidə katlavan tikintisi 2013-cü ildə başlayıb. Məndən əvvəl orada görülən işlər nəticəsində həmin abidəyə ziyan dəyib. Mənim şahidim orada yaşayan Xalq artisti Şeyx Əbdül və digər sakinlərdir.
Mənim sualım var. Necə olur ki, həmin ərazidə eyni statuslu başqa bir abidə sökülüb, yerində tikinti gedib. Həmin işə görə niyə cinayət işi açılmır?! Üstəlik, mənim imzaladığım sərəncam 4 ay sonra icra başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov tərəfindən ləğv edildi. Mənim sərəncamıma qədər isə orada 4 mərtəbə artıq tikilmişdi. Deməli, həmin sərəncamın da heç bir hüquqi əsası olmayıb".
R. Quliyev ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını bildirib, heç bir vəzifə səlahiyyətlərini aşmadığını, irəli sürülən ittihamların hüquqi əsasının olmadığını deyib: "Vəzifə səlahiyyətlərimdən nə öz xeyrimə, nə üçüncü şəxsin xeyrinə istifadə etmişəm. İttihamda qeyd olunan həmin binanın sürüklənməsi ilə bağlı sənədi Bakı Şəhər Baş Memarlıq İdarəsi hazırlayıb. O idarə ki, o vaxt icraya gələn şikayətlərin əksəriyyəti oradan idi. Mən Bakı Şəhər İcra Hakimiyyəti başçısının verdiyi səlahiyyətləri müvəqqəti icra etməyə məcbur idim. Mən icraya gələn məktubları müvafiq idarələrə göndərirdim.
İcra başçısının müavini səlahiyyətlərini icra etmək üçün hər hansı ərizə ilə müraciət etməmişəm. Sadəcə olaraq, vəzifə yükü mənə həvalə edilib, mən də iş dayanmasın deyə, həmin vəzifə yükünü götürmüşəm.
308.2-ci maddə ilə ittiham olunmağıma gəlincə, sual verirəm, mənim vəzifə səlahiyyətim olubmu? İcra başçısının müavini kimi mənim əmək müqaviləm olmayıb, müavin əməkhaqqısı almamışam. Keçən iclasda da dediyim ki, Prezident Administrasiyasının sabiq rəhbəri də baş nazirin müavini Hacıbala Abutalıbova məktub göndərib ki, mənim müavin vəzifəsini icra etməyim qanunsuzdur. Hacıbala Abutalıbov isə cavabında ondan üzr istəyib. Buradan da aydın olur ki, mənim səlahiyyətim olmayıb".
Sabiq aparat rəhbəri ittihamda onun barəsində irəli sürülən 314.2-3 çi maddə ilə də özünü təqsirsiz bildiyini deyib: "Həmin maddədə göstərilib ki, guya mən hansısa məchul subyektə ziyan vurmuşam. Dəlillər də sübut edir ki, ittihamda qeyd olunan ərazidə işlər 2013-cü ildə başlayıb. 2017-ci ilin aktı var. Həmin aktda yazılır ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində binanın özülünün qazıntısı zamanı tarixi abidəyə ziyan dəyib. Bildirim ki, həmin ərazidə eyni statuslu iki tarixi mədəniyyət abidəsi olub. 141 saylı abidəyə zərər deyibsə bu, məndən əvvəl olub. Bəs, 145 saylı abidəni niyə yazmırlar?"
R. Quliyev ifadəsində ittihama salınan maddələri onu həbs etmək üçün hazırladıqları deyib: "Belə çıxır ki, məni tutmaq lazım imiş. Bir daha deyirəm, mənim özümə ziyan dəyib".
Təqsirləndirilən şəxs ifadəsində sabiq icra başçısı Hacıbala Abutalıbov barəsində də danışıb. R. Quliyev bildirib ki, H. Abutalıbov baş nazirin müavini olsa da, gündəlik icra hakimiyyətinə gəlirdi: "Yüksək rütbəli şəxs öz vəzifəsindən aşağı bir quruma gəlirsə, kabinetdə olursa, bu nə deməkdir? O deməkdir ki, mənim səlahiyyətlərim olmayıb. Mən ehtimal edirəm ki, H. Abutalıbov həmin dövrdə də hansısa formada icra başçısı səlahiyyətlərini icra edib".
R.Quliyev şifahi şəkildə vəsatət verib ki, haqqındakı həbs qətimkan tədbiri ləğv edilsin.
Hakim vəsatəti prosessual qaydaya uyğun olmadığı üçün qəbul etməyib.
Daha sonra R.Quliyev dövlət ittihamçısının suallarını cavablandırıb.
Növbəti proses sentyabrın 6-na təyin olunub.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.

Şərhlər
ELƏ ONA GÖRƏ DƏ HACIBALAYA BİC BALA DEYİRLƏR.GEDİB OTURUB QAXDA AĞÇAY KƏNDİNDƏ ÖZÜNÜ DƏ QOYUB DƏLİLİYƏ.SÖZÜM RASİM MÜƏLLİMƏDİR.ƏYƏR SİZ QOL ÇƏKDİYİNİZ SƏNƏ BAXMAYIB QOL ÇƏKMİSİZSƏ ELƏ ONDA SİZİ DÜZ TUTUBLAR.SİZ KATİBƏSİZ Kİ GƏLƏN SƏNƏDLƏTİ MÜVAFİQ ÜNVANLARINA GÖNDƏRİRSİZ?VƏZİFƏ BORCUNUZU BİLMƏLİYDİZ.
Qessabxanaya yaxınlaşan sürünün başında dayanan keçi qan iyini daha tez hiss etdiyinden aradan çıxib qoyun sürüdünü bıçağın ağzına verir.İndi sual olunur acı aparat rdhberi kimdir ki,son senede qol çukdin be başçının xeberi olmadan özü de tikintiye icaze haqqınddkı senede.Bura Azerbaycandır ve onun öz realluqları bar ki bunu da hamı çox gözel bilir .Mence bsşçı en axınds menevi meshliyyet daşıyır hele cinayet mesuliyyeti öz yerinde Bu adam göresen heç olmasa vicdan ezabı çekirmi ki işlediyi müddetde xalqa ve ya kimlere be nece qulluq edib.En azından vicdan ezabı.Eger o da varsa.
Allah darda olanların hamısının qapısını açsın.Ancaq bu mentiqle başda professor Hacıbala Abıtalıbov olmaqla bütün Bakı icra hakimiyyetinin işçilerine ücdan tutma orden be medallar berilmelidir.Axı bınlar ancaq xalqa “qulluq” edibler.Tesdiq üçün bir misal çekim.Abutalıbovun özünün dediyine göre o her hün işini fexri xiyabanda ziyaretle başlayır.Bu lazımdır yox.Ancaq baxaq görek bu adam neqefer semimi ya riyakardıe .Göresen o indi de ,köhne rejimle fesliyyet gösterir.İkincisi bu apparat rehberi onun xeberi olmayan heçbir senede qol çeke bilmezdi.İndi başçı qalıb kenarda apparat rehberi cinayet mesuliyyetine celb olunub.Bu bilirsiz neye oxşayır.Adeten qessabxanaya geden sürünün qabağında buynuzlu saqqallı krçi geder qoyunlar da onun dalınca .Qan iyini daha tez hiss eden keçi