Menu

“20 Yanvar” dairəsi istiqamətində hərəkət məhdudlaşdırılıb

31.08.2021, 09:00
“20 Yanvar” dairəsi istiqamətində hərəkət məhdudlaşdırılıb

Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.

Belə ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkıti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol