Menu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin koronavirusa yoluxmadığı məlum olub - Yenilənib

31.08.2021, 13:40
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin koronavirusa yoluxmadığı məlum olub - Yenilənib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxmadığı məlum olub.

Məhkəmədən “Report”a bildirilib ki, hakimin koronavirus testinin nəticəsi neqativ çıxıb.

***

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxub.

"Report"un xəbərinə görə, bu gün hakimin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Nəticədə S.Əliyevin icraatında olan məhkəmə işləri təxirə salınıb.

Bundan başqa, S.Əliyevlə eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə də koronavirusa yoluxub.

Şərhlər

Hūquqşūnas 2021-08-31 15:56:47

Allah bilsin! Atası bundan da beşbətər idi.

Hekim 2021-08-31 12:09:11

Belke, bu adamlar xesteliklerini ictimayileshdirmek iste.irler, niye adlarini chekirsiniz? Xestedir, mualicesini alacaq.. Hakimler haqqinda bele melumat yaymaq duzgun deyil

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol