Menu

Gürcüstanda dərs ili distant formada bərpa olunacaq

31.08.2021, 13:21
Gürcüstanda dərs ili distant formada bərpa olunacaq

Gürcüstanda yeni dərs ili sentyabrın 15-dən etibarən distant formada bərpa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasına qəbul edilib.

Qərara əsasən, bu qaydada tədris prosesi oktyabrın 4-dək davam edəcək.

Ali və peşə məktəblərində də analoji qayda tətbiq olunacaq.

Digər qərarla dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə oktyabrın 4-dək məhdudiyyət tətbiq ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol