Menu

Rusiyada korrupsiya tüğyan edir - Bu il ölkəyə 40 milyard ziyan dəyib...

31.08.2021, 19:16
Rusiyada korrupsiya tüğyan edir - Bu il ölkəyə 40 milyard ziyan dəyib...

Rusiya Baş prokurorluğu ilin əvvəlindən ölkədə korrupsiya hallarında kəskin artım qeydə alındığını bildirib. Prokurorluğun avqustun 30-da açıqladığı hesabata görə, yanvarın 1-dən iyunun 30-dək Rusiyada 24 min 500 korrupsiya halı qeydə alınıb. Bu, son səkkiz ilin ən yüksək rəqəmidir.

Bu halların yarıdan çoxu rüşvətxorluqla bağlıdır ki, bunların da üçdə birində 10 min rubldan (135 dollar), yaxud ondan da az məbləğdən söhbət gedir. 

Rüşvətxorluq hallarının əksəriyyəti Prezident Vladimir Putinin doğma şəhəri Sankt Peterburqda, daha sonra cənub-qərbi Stavropolda və Volqa-Ural ərazisindəki Perm diyarında qeydə alınıb.

Hesabatda deyilir ki, 2020-ci illə müqayisədə bu ilin ilk altı ayı ərzində korrupsiyanın səviyyəsi 16.5 faiz artıb. Bu il korrupsiyanın vurduğu ziyanın həcmi isə 40 milyard rubldur (544 milyon dollar). Bu, 2020-ci ildəkindən 7 milyard rubl çoxdur.

Bu ilin altı ayı ərzində korrupsiya halları üzrə 45 milyard rublluq vəsait dondurulub. Bu, 2020-ci il üzrə ümumi məbləğdən üç dəfə çoxdur.

Bu ilin əvvəlində Baş Prokurorluq bildirirdi ki, korrupsiya halları ən çox hüquq-mühafizə əməkdaşları arasında qeydə alınıb. Onlardan sonra Müdafiə Nazirliyi rəsmiləri gəlirdi.

Martda Dövlət Duması “təsadüfi korrupsiya” haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Layihədə rəsmilərin və hüquq-mühafizə əməkdaşlarının nəzarət edə bilmədikləri vəziyyətlərdə korrupsiya üçün mühakimədən azad olunması nəzərdə tutulur. Söhbət təbii fəlakətlərdən, hərbi əməliyyatlardan, yanğınlardan, pandemiyadan, terror hücumlarından və digər 

Şərhlər

Eli 2021-08-31 21:57:07

Yaşa Putin müellim axır ki,Rusiyanı. inkişaf yoluna çıxartdı.Şoyqumüellim de ona kömeklik gösterir.Meselen gözel yaraşıqlı 25-27 yaşlı rus gözelçelerind general tütbesi verir ki,Şefi ova gedende onunla birlikde daha meclisde qulluq edenler leytnant kapitan yox “peşekar generallar”olsun ki,Putin müellim ölke inkişafını ve ordunun “qudretini”görüb hiss etsin.Bunlar-ruslar bütün dünyays mümune olcaw bir millet ve dövletdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol