Menu

"Taliban" Pəncşirdə əsas məntəqələri tutduğunu bəyan edib

31.08.2021, 20:00
"Taliban" Pəncşirdə əsas məntəqələri tutduğunu bəyan edib

"Taliban" silahlıları Əfqanıstanın Pəncşir əyalətində 3 vacib bölgəni və yol keçidlərini ələ keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə özünü "Əfqanıstan İslam Əmirliyinin rəsmi hesabı" adlandıran "Talib Times" tviter hesabında məlumat verilib.

Məlumatda deyilir: "Üç vacib bölgə və Pəncşir keçidləri ələ keçirilib və tezliklə tam qələbəni elan edəcəyik".

Bundan əvvəl CNN telekanalı Pəncşirdə "Taliban" və müqavimət qüvvələri arasında qarşıdurmaların yaşandığını, yüzlərlə "talib"in yaralandığını və öldürüldüyünü bildirmişdi.

Şərhlər

Eli 2021-08-31 21:48:11

Bunlar demeli 40 milliona yaxın efqan xalqını “ağ güne “ çıxaracaqlar nece ki, İran mollaları -Şeyx Nesrullahlar İranı ağ güne çıxarıblar.Bunlar göresen başa düşürler ki,silahla gücle dövlet qurulub idare olunmur.Bunun üçün gerek milleti nafanlıwdam çıxarmaq qaranlıqlardan işıqlığa çıxarmaq lazımdır bunun üçün tehsile ve elme güc berilmelidir neinki dünyada narkotik istehsalında ve satışında birincilik ıprunda mübarize aparmaq.Biz müselmanlar göresen ne vaxt siyasetden özümüzr gün ağlamağı bacaracayıq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol