Menu

ABŞ Səfirliyi Əfqanıstanda xidmət etmiş Azərbaycan sülhməramlılarına təşəkkür edib

01.09.2021, 13:51
ABŞ Səfirliyi Əfqanıstanda xidmət etmiş Azərbaycan sülhməramlılarına təşəkkür edib

ABŞ-ın Azərbaycandakı Səfirliyi Kabil aeroportunda xidmət etmiş Azərbaycan sülhməramlı qüvvələrinə təşəkkür edib.

APA-nın xəbərinə görə, bu barədə Səfirliyin “Facebook” hesabında bildirilib.

“Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına, ABŞ və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq. Sülhməramlıların Azərbaycana salamat dönməklərinə çox sevindik!”, - deyə qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol