Menu

“Müharibədən sonra tutulan erməni diversantlar məhkəmədə layiqli cəzalarını alıblar” - Baş prokuror

01.09.2021, 14:47
“Müharibədən sonra tutulan erməni diversantlar məhkəmədə layiqli cəzalarını alıblar” - Baş prokuror

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən tutulan erməni diversantların, cinayətkarların işlərinə birinci instansiya məhkəmələrində baxılması prosesi artıq yekunlaşıb və onların hər biri layiq olduğu cəzanı alıb”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, həm istintaq, həm də məhkəmə prosesləri tam obyektiv, şəffaf şəraitdə bütün beynəlxalq konvensiyaların və Azərbaycan qanunvericiliyinin müddəalarının tələblərinə uyğun keçirilib, mətbuata da məlumatlar verilib: “Onlar Azərbaycana, Azərbaycanın dövlətinə, dövlətçiliyinə, Azərbaycan vətəndaşlarına qarşı konkret cinayət əməlləri törətmiş şəxslərdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol