Menu

"Avropa İttifaqının müdafiə sisteminin yaradılmasına zərurət var" - Jozef Borrel

02.09.2021, 12:54
"Avropa İttifaqının müdafiə sisteminin yaradılmasına zərurət var" - Jozef Borrel

"ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyətdən sonra Avropa İttifaqının (Aİ) şəxsi müdafiə sisteminin yaradılması zərurəti ortaya çıxdı".

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu Aİ-nin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sloveniyaya gələn təşkilatın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelbildirib:

"Əfqanıstanda baş verən tarixi hadisələr bizi “Aİ-nin strateji kompası” adlı təhlükəsizlik konsepsiyasının işləyib hazırlamağa məcbur etdi. Bu konsepsiyanın yekun layihəsi oktyabr-noyabr aylarında təqdim ediləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol