Menu

“Moskva Türkiyə ilə Ermənistan arasında yaxınlaşmanı təşviq etməyə hazırdır” - Zaxarova

02.09.2021, 18:47
“Moskva Türkiyə ilə Ermənistan arasında yaxınlaşmanı təşviq etməyə hazırdır” - Zaxarova

Rusiya hər zaman Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasını istəyib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

O, münasibətlərin mərhələli yaxşılaşmasını nəzərdə tutan Sürix Protokollarını xatırladıb.

“Rusiya bu məsələdə, sadəcə, vasitəçi rolunu oynamayıb, real təsirli rol oynayıb. Təəssüf ki, təşəbbüslər tərəflər tərəfindən həyata keçirilmədi. İndi iki qonşu dövlətin qarşılıqlı hörmət və maraqların nəzərə alınması əsasında yaxınlaşmasını təşviq etmək üçün əlimizdən gələni etməyə hazırıq”, - M.Zaxarova deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə yanaşı, Türkiyə ilə Ermənistan arasındakı qarşılıqlı hörmətə əsaslanan münasibətlər regionda sülh, sabitlik və firavanlığa töhfə verərdi.

Şərhlər

Xalq 2021-09-02 20:57:30

ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri bu ölkələrin tam ərazi bütövlüyünü ermənilərin tanımalarından sonra mümkün ola bilər!

Eli 2021-09-02 20:38:55

Bu xanım çox qeyri ciddi biridir naxiri Lavrov kimi.Qarabsğ meselesinde sülhmeramlı kimi meseleleri gıys hell etmiş kimi özlerini gösterir indi de Ermenistanla Türkiyyeni barışdırmapa cehd edilir.Bu mesuliyyetsiz derk etmir ki,Turkiyye ile Ermenistanın düşmen olmasının bir nömreli sebebkarj mehz Rusiya ve onun kimi Türkiyyeni istemeyenlerdir,Ermenistan ise bu meselede adi bir””пешка»дыр.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol