Menu

“Ərdoğanın təklifi Bakı ilə İrəvan arasında etimadı artırmağa kömək edəcək” - Zaxarova

02.09.2021, 19:06
“Ərdoğanın təklifi Bakı ilə İrəvan arasında etimadı artırmağa kömək edəcək” - Zaxarova

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi “Altılıq platforması” Bakı ilə İrəvan arasında etimadı artırmağa, həmçinin ölkələr arasında humanitar məsələləri həll etməyə kömək edəcək”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Rusiya XİN nümayəndəsi Qarabağ məsələsinin Moskvanın diqqət mərkəzində olduğunu vurğulayıb.

“Əsas səylərimiz razılaşmaların həyata keçirilməsinə yönəlib, prioritetlər arasında humanitar vəzifələrin həlli, Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması, Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsi var. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında və yeni regional reallıqları adekvat nəzərə almaqla işinin intensivləşdirilməsini dəstəkləyirik”, - o bildirib.

Şərhlər

Amon 2021-09-02 22:41:26

Ermenistan yoxdu siz varsiz bizim ve turkiyenin qarsisinda.ermenistanin sadece adi var

Eli 2021-09-02 20:05:03

ATET Minsk qrupunın 30 illik fealiyyeti bu günli reallıq Qarabağın statusu kimi tarixin zibilliyine atılmağa layiqdir.Bir de dqr deyilen bir qurum yoxdur ve olmayan bir şeyin hansı problemini hell etmek isteyir bu Rusiya ABŞ ve Fransa başa düşülmür.Bunlar ele obyektiv ve haqq terefdarlarıdırlarsa 30 ilde nu problemi hell edtmeli idiler indi ise Azerbaycan özü bu meseleni hell edib ve bele bir qrupa onun heç bir ehtiyacı yoxdur Ermenistanını ehtiyacı varsa birlikde işlesinler ancaq bizden eı çeksinler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol