Menu

Ermənistanda fermerlər İrəvan-Arazdəyən yolunu bağlayıb

04.09.2021, 13:55
Ermənistanda fermerlər İrəvan-Arazdəyən yolunu bağlayıb

Ermənistanda üzümçülüklə məşğul olan kəndlilər İrəvan-Arazdəyən yolunu bağlayıblar.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, kəndlilər yolu etiraz əlaməti olaraq bağladıqlarını bəyan ediblər.

Belə ki, fermerlər üzümün alış prosesindən narazı olduqlarını bildiriblər. Onlar Zəngibasarın qubernatoru ilə görüş tələb ediblər.

Hazırda əraziyə polislərin gəldiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol