Menu

Türkiyədə qatarla mikroavtobus toqquşub - 6 nəfər ölüb, 6-sı yaralanıb (Yenilənib)

04.09.2021, 15:48
Türkiyədə qatarla mikroavtobus toqquşub - 6 nəfər ölüb, 6-sı yaralanıb (Yenilənib)

Türkiyənin Tekirdağ şəhərində qatarla mikroavtobusun toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, daha 6 nəfərin də yaralandığı bildirilib.

10:14

Türkiyənin Tekirdağ şəhərində qəza hadisəsi baş verib. “Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Ergene bölgəsində olub.

Bildirilib ki, yük qatarı ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər həyatını itirib.

Daha 7 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Xalq 2021-09-04 19:37:29

Vəfat edənlərə Allah rəhmət eləsin! Yaralananlara isə Allah şəfa versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol