Menu

Britaniya Əfqanıstana və onun qonşularına pul verəcək

05.09.2021, 00:01
Britaniya Əfqanıstana və onun qonşularına pul verəcək

Britaniya xarici siyasət idarəsinin başçısı Dominik Raab bəyan edib ki, Böyük Britaniya Əfqanıstanın qonşularına, o cümlədən Pakistana 30 milyon funt sterlinq vəsait ayıracaq.

Bu barədə sentyabrın 3-də Pakistan Radiosu xəbər verib.

Dominik Raab bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi ilə İslamabadda keçirdiyi mətbuat konfransında bəyan edib.

Mətbuat konfransı danışıqlardan sonra keçirilib və Cənubi Asiyada humanitar situasiyaya həsr olunub. Britaniya XİN-nin başçısı qeyd edib ki, London əfqan qaçqınları problemini Pakistanla əməkdaşlıq şəraitində həll etmək niyyətindədir. Raab xəbər verib ki, Böyük Britaniya bu il Əfqanıstana yardımı 265 milyon funt sterlinqə qədər artırıb. O, bildirib ki, Böyük Britaniya artıq 15 min əfqan qaçqını qəbul edib və hələ də Əfqanıstanda qalanlara kömək göstərmək niyyətindədir.

Şah Mahmud Kureşi Böyük Britaniyadan xahiş edib ki, Pakistanı pulların yuyulması ilə mübarizə üzrə maliyyə tədbirlərinin hazırlanması Qrupunda dəstəkləsin. Hazırda Pakistan bu qrupun «boz» siyahısına daxildir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol