Amerika hərbçiləri güman ki, yaxın gələcəkdə Əfqanıstanda «İslam dövləti» (İD) terrorçu qruplaşmasına zərbə endirmək üçün başlıca olaraq ABŞ hərbi-hava qüvvələrinin aviasiyasından istifadə edəcək.
Bu barədə «Politico» nəşrində dərc olunmuş məqalədə söhbət açılır.
Nəşrin təsdiqlədiyi kimi, Vaşinqton administrasiyası Əfqanıstanda İD döyüşçlərinə qarşı təyyarə və pilotsuz aparatların köməyi ilə havadan zərbə endirməyə hazır olduğunu ifadə edib.
«Ancaq hələlik bu aviasiyanın hədəfləri barədə və ya dövri əsaslarla kəşfiyyat məlumatları toplaya bilməsi və belə uzaq məsafədən həmin missiyanı həyata keçirmək barədə əhatəli plan hazırlanmayıb» - materialda qeyd olunur.
«Hesab edirəm ki, bu missiyalardan bir çoxu hərbi-dəniz qüvvələrinin (HDQ) üzərinə qoyulub» - deyə, qəzetin ABŞ hərbçiləri arasındakı mənbəyi qeyd edib.
Nəşrin qiymətləndirməsinə əsasən, ABŞ-ın Əfqanıstanla yaxın aerodromlara malik olmaması o demək olar ki, Vaşinqton bunun üçün aviadaşıyıcı aviasiyadan istifadə edəcək. Qəzet bildirir ki, Əfqanıstanda belə əməliyyatların aparılması əsasən ABŞ HDQ vəzifəsi ola bilər.
Məqalədə həm də ekspert qiymətləndirməsi verilir. Qiymətəndirməyə əsasən, ABŞ hər şeydən əvvəl, Əfqanıstanda vəziyyət barədə material toplamaq və zərbələr endirmək üçün ilk növbədə belə uçuşlar üçün nəzərdə tutulmuş PUA-lardan istifadə edəcək.
AzPolitika.info


Şərhlər