Menu

Ermənistanda COVİD-19-a yoluxanların sayı 245 025 nəfərə çatıb

05.09.2021, 11:51
Ermənistanda COVİD-19-a yoluxanların sayı 245 025 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 245 025 nəfərə çatıb.

APA-nın “armeniasputnik.am” saytına istinadla verdiyi məlumata görə, ötən sutka ərzində daha 423 nəfər COVİD-19-a yoluxub, 7 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 4 911 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 2 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 164 nəfərə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol