Menu

Cəlilabadda 2 şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

05.09.2021, 22:08
Cəlilabadda 2 şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Cəlilabad rayonunda şəhid Rafail İşiyevin və şəhid Fizuli Həbibinin adına olan bulağın açılışı olub. "Report"un Muğan bürosunun məlumatına görə, bulaq şəhidlərin oxuduğu Cəlilabad rayon 8 nömrəli tam orta məktəbin qarşısında istifadəyə verilib.

Bulağın açılışında şəhid ailələrinin üzvləri ilə yanaşı Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimiz bulaq önündə bir daha xatırlanıb. Çıxışçılar onların qəhrəmanlığlarından söz açıblar.

Bu gün həmçinin şəhid Rafail İşiyevin doğum günüdür. O, 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. Bu münasibətlə onun məzarı ziyarət edilib və ruhuna dualar oxunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol