Menu

Braziliya - Argentina oyunu dayandırılıb: Meydana polislər daxil olub

06.09.2021, 00:12
Braziliya - Argentina oyunu dayandırılıb: Meydana polislər daxil olub

DÇ-2022-nin seçmə mərhələsində Braziliya Argentina yığmasını qəbul edib. Oyunun başlanmasından dörd dəqiqə sonra matç dayandırlıb - 0:0.

Meydana Braziliya Milli Sağlamlıq Nəzarət Agentliyinin əməkdaşları və polislər daxil olub.

Onların məlumatına görə, Argentina yığmasının dörd futbolçusu karantin rejimini pozaraq ölkəyə daxil olublar.

Bunlar, Emiliano Martines, Emiliano Buendia (hər iki futbolçu “Aston Villa”da oynayır), Covanni Lo Çelso, Kristian Romero ( hər iki futbolçu “Tottenhem”də çıxış edir)

Böyük Britaniyadan Braziliyaya gələnlər 14 gün karantində olmalıdırlar. Məlumata görə, adı qeyd olunan futbolçular karantin rejimini pozublar.(Sports.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol