Menu

Rusiyada SSRİ xalqlarının soyqırımı ilə bağlı qanun layihəsi hazırlanıb

06.09.2021, 13:14
Rusiyada SSRİ xalqlarının soyqırımı ilə bağlı qanun layihəsi hazırlanıb

Rusiyada “nasizm”, “faşizm” və “Sovet İttifaqı xalqlarının soyqırımı” anlayışları haqqında qanun layihəsi hazırlanıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın Baş prokuroru İqor Krasnov bildirib.

“Nürnberq Beynəlxalq Hərbi Tribunalının nizamnaməsi ilə tanınan beynəlxalq hüquq prinsiplərinin toxunulmazlığını, “nasizm", "faşizm" və "Sovet İttifaqı xalqlarının soyqırımı" kimi anlayışların normativ tərifini müəyyən edən qanun layihəsi hazırlanıb”, deyə Rusiyanın Baş prokuroru “Xabarovsk Prosesi: Tarixi əhəmiyyət və müasir çağırışlar" beynəlxalq forumunda çıxışında qeyd edib.

Onun sözlərinə görə, sənəd nasizmin bərpası və təbliğatına qadağanın tətbiq edilməsini, İkinci Dünya müharibəsinə həsr olunmuş arxiv sənədləri, film və foto materiallar kompleksinin hüquqi statusunun tənzimlənməsini də nəzərdə tutur.

Şərhlər

Niyaməddin 2021-09-07 00:10:34

Kişiliyiniz çatırsa, ki bu sizdə yoxdur-20 yanvar, Xocalı, qaradağlı, ballıqaya, 31 mart və s. soyqırımının tanınması üçün qanun qəbul edin. Bizə imkan vermirsiniz ona görə deyirəm

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol