Menu

Rusiyalı həmsədr Ermənistanın XİN başçısı ilə görüşüb

06.09.2021, 13:27
Rusiyalı həmsədr Ermənistanın XİN başçısı ilə görüşüb

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş İ.Xovayevin Ermənistana səfəri çərçivəsində gerçəkləşdirilib.

Qeyd edək ki, yeni təyin olunan rusiyalı həmsədr İ.Xovayevi 30 avqustda həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol