Menu

İlqar Rəhimov "Şöhrət" ordeni ilə təltif edilib

06.09.2021, 15:19
İlqar Rəhimov "Şöhrət" ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Kamal Cabir oğlu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol