Menu

RUSİYA MN AZƏRBAYCANIN ETİRAZ ETDİYİ SATINALMANI LƏĞV EDİB - Açıqlama

06.09.2021, 17:17
RUSİYA MN AZƏRBAYCANIN ETİRAZ ETDİYİ SATINALMANI LƏĞV EDİB - Açıqlama

Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma ləğv edilib.

Bu barədə “Report”un Rusiya bürosuna Rusiyanın satınalmalara dair zakupki.gov.ru vahid portalının texniki dəstək xidmətindən bildiriblər.

“Satınalma sifarişçi tərəfindən ləğv olunsa da, bu barədə portalda yerləşdirilən məlumat silinmir. Silinməsi üçün ya məhkəmənin qərarı, ya da nəzarət qurumlarının göstərişi olmalıdır” – deyə xidmətdən qeyd ediblər.

Xatırladaq ki, adıçəkilən portalda Rusiya Müdafiə Nazirliyinə aid yaşayış binalarının yerləşdiyi ərazi “Dağlıq Qarabağ respublikası” kimi qeyd olunduğu üçün Azərbaycan Xarici İşlər Nazirliyi qonşu ölkəyə etirazını bildirmişdi.

Şərhlər

Veteran 2021-09-07 12:08:25

Rusiya.Putin.Lavrov buna görə cavab verəcəklər.Bircə biz tərəf qətiyyətli mövqe bildirməliyik.Türkiyə təcrübəsindən faydalanmaq lazımdır.Özüdə hər vaxt.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol