LAÇINDA AZƏRBAYCAN- TÜRKİYƏ BİRGƏ TƏLİMLƏRİ BAŞLADI - FOTOLAR

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

635x100

Şərhlər

t.ədalət 2021-09-06 21:34:21

Bundan sonra rusun quldurməramlı ordusunun Laçında qalmasına ehtiyac yoxdur.

eko 2021-09-06 19:33:24

shûkr

Son yazılar