Menu

"Valideynlərdən COVID-19 pasportu tələb etmirik" - Təhsil naziri

07.09.2021, 16:22
"Valideynlərdən COVID-19 pasportu tələb etmirik" - Təhsil naziri

"Valideynlərdən heç bir COVID-19 pasportu tələb etmirik".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, pasportu olmayan valideynin övladının məktəbə buraxılmaması məsələsi yoxdur: "Ancaq məktəbin daxilinə girmək istəyən şəxsin pasportu olmalıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol