Menu

Salvador dövlət fonduna "Bitkoin" alan ilk ölkə olub

07.09.2021, 16:39
Salvador dövlət fonduna "Bitkoin" alan ilk ölkə olub

Salvador yeni yaradılan xüsusi dövlət fondu üçün ilk 200 ədəd “Bitkoin” alıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nayib Bukele bildiri.

Sabah Salvadorda “Bitkoin”i ABŞ dolları ilə bərabər rəsmi ödəniş vasitəsi kimi qəbul edən qanun qüvvəyə minəcək. Bununla əlaqədar olaraq 150 milyon dollarlıq xüsusi fond yaradılıb. Onun aktivləri maneəsiz olaraq Bitkoinləri dollara və tərsinə mübadilə etməyə imkan verir. Bitkoin-fondunun maliyyələşməsi Mərkəzi Amerika İqtisadi İnteqrasiya Bankının (CABE) 500 milyon dollarıq kreditindən götürülür.

Salvadordan gələn xəbərlər fonunda birinci kriptovalyutanın qiyməti artmağa başlayıb və maydan bu yana ilk dəfə 52 min dolları keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol