Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin ölüm səbəbi məlum olub.
O, ötən gün Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunda koronavirusdan vəfat edib.
N.Quliyev 67 yaşında dünyasını dəyişib.
***
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib. "Report"un Qərb Mərkəzinin məlumata görə, N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanda ölüb.
Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.


Şərhlər
BU DA BUNUN AXIRI
Hec Allah rehmet elemesim !!!! qanicenin biri idi !!!