RUSİYANIN FÖVQƏLADƏ HALLAR NAZİRİ HƏLAK OLDU - Təfərrüatı açıqlanıb (Yenilənib)

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri, ordu generalı Yevgeni Ziniçevin ölümünün təfərrüatı məlum olub. Hadisə təlim filminin çəkilişləri zamanı baş verib.

Belə ki, suyun kənarında dayanan 63 yaşlı kinorejissor Aleksandr Melnikin ayağı sürüşərək qayalıqdan suya yıxılıb. Bu zaman onun yanında olan Ziniçev Melniki tuta bilməyib, özü də onun dalınca suya düşərək xəsarət alıb.

Ziniçevin sürüşərək suya düşən operatoru xilas etmək üçün suya atılarkən daşın üzərinə çırpıldığı bildirilir.

Hər iki zərərçəkən helikopterlə xəstəxanaya aparılarkən yolda ölüb.

***

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib. Bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

“Təəssüf hissi ilə bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçev xidməti vəzifəsini yerinə yetirərkən, Norilskdə Arktika zonasının fövqəladə hallardan qoruması ilə bağlı qurumlararası təlimdə bir insanın həyatını xilas edərkən faciəli şəkildə həlak olub” - deyə, məlumatda bildirilir.

Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

635x100

Şərhlər

RR 2021-09-08 16:43:58

Yeqin cehenneme qedib , 1ci mûavini ermenidi , ne qeder silah sursat dashidilar ermenistana bu sherefsizder !!! Qorbaqor olacaqlar inshallah )))) Yeqinki yazmazsis sherhimi !

Qarabağlı 2021-09-08 16:21:52

Sağ əli Şoyqu başda olmaqla o birilərin başına.

Eli 2021-09-08 14:31:11

inandırıcı sebeb deyil .Yeqin telimlerden sonra ttlimjeri”обмывать» etmek isteyibler hemişeki kimi burada ds yeqin hansısa qeyri müeyyenlikde bu hadise bsş verib.Bizim filinnen desek Allah rehmet elesin insandı heyatdan köçüb.Ancaq bunların birinci adamı Eltçin Prezident olanda Kremlde seher saat 11-den başlayırdı vurmağa ta iş günü bala çatana kimi.Sual olunur ay bedbext Rusiya senin elinde dünyada söz szhibletinden biriolan ölke sene baxır gedib xarzbandz içe bilmirsen bu zehrimarı.Yox rle deyil bunlar seher bsşlamslı axşam qurtarmalıdırlar,onda lezzetı olmaz arağın.Deyirem dünyadakı ziddiyyetlere bac da kimler dünyanı idard etmek isteyirler

Eli 2021-09-08 14:21:13

İnadırıcı

Son yazılar