Bu ilin I yarısında Zəngilan rayonunun II Ağalı kənd ərazisində “Ağıllı Kənd” layihəsinin icrası üçün Kənd Təsrrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait yönəldilib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycan hökuməti Zəngilan rayonunun da daxil olduğu işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına 372,1 milyon manat xərcləyib.


Şərhlər
"Ağıllı kənd" layihəsi nimdaş paltara bənzəyir və heç kəs ona rəğbət bəsləmir.Bu layihə tikinti prosesində böpyük maliyyə oğurluğuna şərait yaradır.Rayon yerlərində əhalinin əsas gəlir yeri əkinçilik və maldarlıqdır."Ağıllı kənd" layihəsi həmin sahəyə kölgə tutur,əhalini aclıqla imtahana çəkir.Odur ki,belə layihələri rədd edib köhnə kənd üsulu ilə yaşamaq lazımdır."Ağıllı kənd" layihəsi ilə büdcəni talamaqdanbsa,müəyyən miqdarda əmlakı talanmış adamlara pul verib məskunlaşmağı onların özünün üzərinə qoymaq lazımdır.