Menu

Gürcüstanda koronavirusdan ölənlərin sayı 8 mini keçib

09.09.2021, 10:43
Gürcüstanda koronavirusdan ölənlərin sayı 8 mini keçib

Gürcüstanda ötən sutkada daha 2 455 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 4 427 nəfər müalicə olunaraq sağalıb, 58 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 572 948 nəfərdə aşkarlanıb. Onların 531 764-ü sağalıb, 8 035-i dünyasını dəyişib.

Aktiv xəstə sayı 33 123 nəfər təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol