SÜLHMƏRAMLILARIN YENİ KOMANDANI İRƏVANA GEDİB - Müdafiə naziri ilə görüşüb

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib.

“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarova və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb.

635x100

Şərhlər

Abdullayeva 2021-09-09 19:29:04

ANLAŞILAN DEYİL.aZƏRBAYCAN ƏRAZİSİNDƏ ƏRAZİSİNDƏ YERLƏŞƏN "DÜLHMƏRAMLILARIM KOMANDİRİ ERMƏNİSTAN MÜDAÖĞ HAZİRLİYİNFƏ NƏ İŞİ VAR? nİYƏ aZƏRBAYCANIN MÜVAFİQ QURUMLARI rUSİYADAN BUNU SORMUR?VOQFÇERB

t.ədalət 2021-09-09 16:23:12

Putin Qarabağda münaqişəni dayanmağa qoymayacaq.İndi Putin hər iki tərəfin böyük itkilər verməsi haqqında düşünür.Rusiya,artıq inkişafı dayanmış ölkədir və onun məşğuliyyəti nifaq və təxribatlar,terror törətməklə çərçivələnir.

Omar 2021-09-09 13:32:13

Dovlətimiz hara baxır,nə vaxt rusa dur deyəcək.Soyduq,soyduq axırda quyruqda mundarladıq.

Son yazılar