Menu

Azərbaycandan buğda ixracına gömrük rüsumunun tətbiq edilməsinin müddəti uzadılıb

09.09.2021, 18:54
Azərbaycandan buğda ixracına gömrük rüsumunun tətbiq edilməsinin müddəti uzadılıb

Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən 2022-ci ilin 1 may tarixinə qədər Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 ABŞ dolları gömrük rüsumu tutulacaq. Rüsum bərk buğda, toxumluq buğda, pərinc, yumşaq buğda və meslini əhatə edəcək. Sözügedən rüsum buğda unu və ya buğda-çovdar unu ixracına da şamil ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol