"Yeni dərs ilinin açılması xəbəri hamını, xüsusilə də 1-ci sinfə gedəcək balaca dostlarımızı çox sevindirdi. Biz də "İnci Şirkətlər Qrupu"-nun rəhbəri Mikayıl Yusifovla birlikdə bu sevinci bölüşmək üçün Siyəzən və Şabran rayonlarında balaca dostlarımızın görüşünə getdik. Maraqlı keçən görüşdən sonra onlara ümumilikdə 75 ədəd, 1-ci sinif şagirdinə lazım olan bütün ləvazimatlarla birlikdə çantalar hədiyyə etdik".
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin rəhbəri Sadiq Qurbanov feysbuk hesabında yazıb.
Bu xeyirxah işdə yaxından iştirakına görə Mikayıl Yusifova təşəkkürünü bildirən millət vəkili öz xatirəsini də bölüşüb: "Bu məqamda keçirdiyim hisslər bir xatirəmi yada saldı. Birinci sinfə gedəndə "Bilik günü" münasibəti ilə məktəbimizin direktoru Akif müəllim mənə bir karandaş bağışlamışdı. O hədiyyəni uzun müddət, son günlərədək saxlamışdım, həmin günü isə bugünkü gün kimi xatırlayıram".
S. Qurbanov sonda uşaqlara müvəffəqiyyətlər arzulayıb.
"AzPolitika.info"






Şərhlər