Menu

BŞİH başçısı Kiyevdə səfərdədir

10.09.2021, 09:05
BŞİH başçısı Kiyevdə səfərdədir

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynaya səfərə gedib.

"Report" xəbər verir ki, səfər Kiyev şəhərinin meri Vitali Kliçkonun dəvəti ilə baş tutub.

Səfərin ilk günü E.Əzizov və nümayəndə heyəti üzvləri Kiyevdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə tər güllər düzüblər.

Səfər çərçivəsində nümayəndə heyətinin Kiyevdə bir sıra görüşləri nəzərdə tutulub.

Şərhlər

Patriot 2021-09-10 10:15:25

Budan Ukraynaya gedir bizim merimiz dahi şexsiyyetin heykelinin qarşisina qoyduğu gùle baxin. Senin özūn heçkimsen heç olmasa bir venok alib qoydurardin. Belke kasiblamisan ay Eldar Ezizov

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol