Menu

DİM-in gənc əməkdaşı COVID-19-dan vəfat edib - "Hər iki doza vaksin olunmuşdu"

10.09.2021, 10:58
DİM-in gənc əməkdaşı COVID-19-dan vəfat edib - "Hər iki doza vaksin olunmuşdu"

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib. Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə “Report”a bildirib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib.

"Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib.

Şərhlər

t.ədalət 2021-09-10 11:54:44

Vaksin siyasi oyundur.Onunla heç kim xəstəlikdən qorunmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol