BİR MUZEYİN TƏMİRİNƏ 31 MİLYON "SİLİNİB"... - "Əbülfəs Qarayev gəlsin, ifadə versin"

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində "Azəraqrotikinti" şirkətinin filial müdiri Nüsrət Ömərov şahid qismində dindirilib.

Şahid bildirib ki, "Azəraqrotikinti" şirkəti keçirilən tendərlərdə qalib gəlib, şirkətə təmir bərpa işləri üçün 31 milyon manat pul ayrılıb.

Onun sözlərinə görə, həmin məbləğ İncəsənət muzeyinin təmiri üçün sərf olunub.

Bundan sonra hakim "həmin muzeydə dəfələrlə olmuşam, 31 milyon çox böyük vəsaitdir, nəyə sərf etmisiniz?" deyə şahidə sual ünvanlayıb.

Şahid deyib: "Bizim filiallar var idi, mən baş idarədə işləyirdim, muzeydə restavrasiya işləri aparılırdı".

Proseslərdə şirkətlərin tenderlərdə neçə qalıb gəlməsi məsələsi müzakirə edilən zaman sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin məhkəməyə dəvət edilməsi istənilib.

Şahid də Əbülfəs Qarayevin məhkəməyə çağırılb dindirilməsini istəyib.

Z.Sulatanov da sabiq nazirin məhkəmədə dindirilməsinə etiraz etməyib.

Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.

Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, Zakir Sultanov İttihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar