Menu

Türkiyədən Yunanıstana qaçmağa çalışan 9 FETÖ-çü saxlanılıb

10.09.2021, 16:48
Türkiyədən Yunanıstana qaçmağa çalışan 9 FETÖ-çü saxlanılıb

Qanunsuz yollarla Türkiyədən Yunanıstana qaçmağa cəhd edən 9 FETÖ terrorçusu saxlanılıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində yayıb.

Bildirilib ki, Edirne şəhərində Yunanıstana qanunsuz yollarla keçməyə çalışan 11 nəfər yaxalanıb. Araşdırmalar nəticəsində saxlanılan şəxslərdən 9 nəfərinin FETÖ terror təşkilatına mənsub olduğu müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol