Menu

Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Beynəlxalq Bankı”na göstəriş verib

10.09.2021, 17:33
Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Beynəlxalq Bankı”na göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə “Tədavüldə təmiz pul siyasəti” həyata keçirir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və ya Mərkəzi Bankın müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur.

Bununla belə, son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Azərbaycan Beynəlxaq Bankı” ASC-yə (ABB) məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılıb.

Bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti kommersiya bankları daşıyır. Bununla əlaqədar, bütün kommersiya banklarına, o cümlədən ABB-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilib.

Şərhlər

sual 2021-09-10 20:16:29

Mərkəzi bankda çırtqozluq deyəsən genetikdir...heç nə...nə görünür o....bütün problemlər qurtarıb qalıb əskinasların yenilənməsi....vətəndaşlar üçün əskinasların yenilənmə qaydası mövcud deyil???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol