Menu

Bakıda yol polisi piyadanı vuraraq öldürüb

10.09.2021, 21:28
Bakıda yol polisi piyadanı vuraraq öldürüb

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil vurub. Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Helime 2021-09-10 21:37:47

Yol polisinin hechbir gunahi yoxdur. Heyatini mehv etmeyin onun. Insanlar adam kimi yolu kechmeye oyrensinler. Mekteblerde birinci sinifden yol herekati qaydalari oyredilsin. Kim hardan istese kechir, gunahkar HER ZAMAN surucunu chixardirlar

t.ədalət 2021-09-10 21:31:53

DAM-a işçini 60 min manata işə götürəndə belə olur.._Rüşvətsiz DAM-a heç kimi işə götürmürlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol