LAÇINDA KEÇİRİLƏN AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ TƏLİMLƏRİ BAŞA ÇATDI - VİDEO

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar