Menu

Sabirabadda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

12.09.2021, 14:44
Sabirabadda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Sabirabadda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə Yastıqoba kəndində qeydə alınıb.

Belə ki, “Tofaş” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb. Eyni zamanda 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzada ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol