RAMİN BAYRAMLININ İSTEFASI QƏBUL EDİLİB - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. O hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Qeyd edək ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.

635x100

Şərhlər

qaraguruh 2021-09-13 22:24:43

Ramin məlumatlıdır--işlərin yaxşı olmadığını bildiyi üçün aradan çıxdı və düz etdi-bunlar hansı işi normal başa çatdırıblar ki--həbsi yarı-yarımçıq

RR 2021-09-13 13:06:22

Hara gedirsen soruşan olmadı 18 aydı kırını virus zamanı ne işler gördüyü hesabatını vermeden müşavirinde görün yanında qaçır

Son yazılar