Menu

Tanınmış müğənni koronavirusa yoluxub - Süni tənəffüs aparatına qoşulub

13.09.2021, 13:46
Tanınmış müğənni koronavirusa yoluxub - Süni tənəffüs aparatına qoşulub

Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

Bunu "Report"a açıqlamasında müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: "Ötən gün vəziyyəti ağırlaşıb. Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır".

Şərhlər

Xalq 2021-09-13 14:06:14

Allah şəfa versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol